Mozambikdə qatarlar toqquşub, yaralananlar var

Mozambikdə qatarlar toqquşub, yaralananlar var
  06 Sentyabr 2023    Oxunub:1205
Mozambikdə iki qatarın toqquşması nəticəsində 39 nəfər xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə Afrika ölkəsinin limanlar və dəmir yolları xidməti məlumat yayıb.

Bildirilib ki, qəza mərkəzi Maputo əyalətinin Ressano və Qarsiya yaşayış məntəqələri arasındakı magistral yolda qeydə alınıb.

Zərərçəkənlərə yardım göstərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti