Rusiya XİN rəsmisi Ermənistanın mümkün NATO üzvlüyü barədə: “Böyük fantaziyalardır”

   Rusiya XİN rəsmisi Ermənistanın mümkün NATO üzvlüyü barədə:    “Böyük fantaziyalardır”
  06 Sentyabr 2023    Oxunub:1333
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO-nun genişlənməsi üzrə Avropa komitəsinin sədri Günter Felingerin Ermənistanı Alyansa qoşulmasına çağırış edən bəyanatına cavab verərək bunu “böyük fantaziya” adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə diplomat TASS-a danışıb.

“Bu, böyük fantaziyalardır. Ermənistan KTMT-nin üzvüdür və biz bu reallığa əsaslanırıq”, - o qeyd edib.

Qruşko vurğulayıb ki, Moskva və İrəvan “hərbi və siyasi əməkdaşlığı gücləndirməkdə davam edəcəklər”:

“Bu bizim müttəfiqimizdir və təhlükəsizlik sahəsində biz bir-birimizə güvənirik. Əminəm ki, bu konstanta bizim ikitərəfli münasibətlərimizdə gələcək illərboyu müəyyənedici olacaq”.

Xatırladaq ki, sentyabrın 4-də Günter Felinger eksdə Ermənistanın NATO-ya qoşulmalı olduğunu bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti