Rusiya və Türkiyə taxıl barədə razılığa gəldi

   Rusiya və Türkiyə taxıl barədə razılığa gəldi
  06 Sentyabr 2023    Oxunub:1146
Rusiya 1 milyon ton taxıl tədarükü ilə bağlı Türkiyə ilə prinsipial razılığa gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.



O qeyd edib ki, texniki detallar barədə danışıqlar tezliklə başlayacaq.



“Bütün prinsipial razılaşmalar əldə olunub. Biz gözləyirik ki, yaxın gələcəkdə bu cür təchizat sxeminin bütün texniki aspektlərini işləyib hazırlamaq üçün bütün tərəflərlə artıq işgüzar əlaqələr quracağıq”, - o qeyd edib.



Onun sözlərinə görə, indi Rusiya və Türkiyə tədarükün təfərrüatlarını, o cümlədən logistika, marşrutlar, təyinat ölkələri və onların sayı, eləcə də maliyyə məsələlərini müzakirə edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti