İranın Qəzəlhəsar həbsxanasında 13 siyasi məhbus aclıq aksiyasına başlayıb
Siyasi məhbuslar əvvəlcədən xəbər verilmədən və konkret səbəb göstərilmədən bazar günü Evin həbsxanasından Qəzəlhəsar zindanına köçürülüblər.
Həbsxana rəhbərliyi siyasi məhbusların köçürmə zamanı özləri ilə şəxsi əşyalarını, o cümlədən paltarlarını və dərmanlarını aparmasına icazə verməyib.
AzVision.az