İran hökuməti mütəxəssislərin mühacirətindən narahatdır

İran hökuməti mütəxəssislərin mühacirətindən narahatdır
  07 Sentyabr 2023    Oxunub:894
İranın Kəşfiyyat nazirliyinin sızdırılmış “məxfi” sənədi hökumət rəsmilərinin “elmi və elit qrupların mühacirətinin” qarşısını almağa çalışdığını sübut edir.
AzVision.az Xalq Mücahidləri təşkilatına yaxın “Qiyam Ta Sərneguni” (Devirim üçün qiyam) qrupunun “Tibb işçilərinin mühacirəti” mövzusunda ələ keçirərək dərc etdiyi məxfi sənədə istinadən xəbər verir ki, İranın Kəşfiyyat nazirinin köməkçisi elitaların mühacirətinin yalnız sağlamlıq və müalicə sahəsi ilə məhdudlaşmadığını və bunun səbəbinin ölkədə iqtisadi və dolanışıq problemlərinin güclənməsi olduğunu deyib.

Hələ aprelin 18-ə təsadüf edən bu məktubda Kəşfiyyat nazirinin köməkçisi Prezident aparatının rəhbəri Qulam Hüseyn İsmailiyə bildirib ki, ölkənin ali təhsil sahəsində təsdiq edilmiş qanunlarına görə, kadrların “hüquqi cəhətdən ölkədən getməsinin qarşısını almaq mümkün deyil”.

Onun sözlərinə görə, bu hərəkətin həm də insan haqları sahəsində ölkə əleyhinə bəhanə ola biləcəyinə baxmayaraq, insanların ölkəni tərk etmək istəyini azaltmaq üçün “daha sərt qanunlar” tətbiq olunmalıdır.

İrandan mütəxəssislərin mühacirəti təkcə həkimlər və pilotlarla məhdudlaşmır, son illərdə mama və tibb bacılarının mühacirətinə dair hökuməti narahat edə biləcək statistik məlumatlar dərc olunub.

Ölkənin tibb sisteminin koordinasiya şurasının rəhbəri Mənsur Cəfəri Nemin ötən il 800-dən çox dayənin xaricə miqrasiya etdiyini açıqlayıb.

Statistikaya görə, hər il ən azı 2500-3000 tibb bacısı ölkədən mühacirət edərək, daha çox pul qazanmaq mümkün olan ölkələrə gedir.
AzVision.az


Teqlər: İran   mühacirət  





Xəbər lenti