Ayağı tapdalandığı üçün 2 nəfəri güllələdi
Qeyd edilir ki, insident Primorsk diyarının Ussuriysk şəhərindəki barlardan birində baş verib.
Səhər tezdən bara gələnlər rəqs etməyə başlayıblar. Sərxoş olan şəxslərdən biri rəqs zamanı 27 yaşlı mühafizəçinin ayağını tapdalayıb. O, isə bundan əsəbiləşərək radikal tədbirə əl atıb. Mühafizəçi küçədə davam edən mübahisənin davaya çevrildiyini görüb travmatik tapança ilə neçə dəfə atəş açıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Rusiya