Rusiya Paralimpiya Komitəsinin üzvlüyü həmişəlik dayandırılacaq

   Rusiya Paralimpiya Komitəsinin üzvlüyü həmişəlik dayandırılacaq
  07 Sentyabr 2023    Oxunub:961
Beynəlxalq Paralimpiya Komitəsi(BPK) Rusiya Paralimpiya Komitəsinin təşkilatdakı üzvlüyünü həmişəlik dayandırmaq istəyib.
AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Paralimpiya Komitəsinin prezidenti Pavel Rojkov məlumat verib.

Agentliyin həmsöhbəti qeyd edib ki, BPK Rusiyanın üzvlüyünü birdəfəlik dayandırmaq üçün Bəhreyndə keçiriləcək Baş Assambleyaya hazırlaşır.

“Komitə Olimpiya yığmamızın Asiya Oyunlarında iştirakına qadağa qoyub. Asiya Oyunlarının Təşkilat Komitəsi hazırda paralimpiyaçılarla bu vəziyyətdə nə edə biləcəklərini düşünür”, - Rojkov vurğulayıb.

O, əlavə edib ki, hazırda komitə özünü bu assambleyada çox layiqli təqdim etmək üçün İdman Nazirliyi, Xarici İşlər Nazirliyi və hüquq qurumları ilə fəal əməkdaşlıq edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Rusiya   idman  





Xəbər lenti