İranda istehsal edilən benzinin cəmi 20%-i standartlara cavab verir
“Ölkənin neft emalı zavodlarında ümumi gündəlik benzin istehsalı təxminən 96 milyon litr təşkil edir ki, bu da neft-kimya, aromatik maddələr və oktan artırıcılarla qarışdırıldıqdan sonra 107 milyon litrdən çox olur. Amma neftayırma zavodlarının köhnə avadanlıqları alınan neftin üçdə birinin keyfiyyətsiz mazut və bitum məhsullarına çevirməsinə səbəb olur. Halbuki qabaqcıl neft emalı zavodlarında bu rəqəm beş faizdən də azdır və neft emalı zavodlarının istehsalının böyük hissəsi benzin kimi yüksək keyfiyyətli məhsullardır”, - məlumatda deyilir.
Ötən ilin yayından etibarən benzin qıtlığı ilə üzləşən İran, vəziyyətdən çıxmaq üçün neft-kimya məhsulları və aromatik maddələr kimi külli miqdarda qeyri-standart materialları emal zavodlarının istehsal etdiyi benzinlə qarışdırır.
AzVision.az