Al Paçino sevgilisindən ayrıldı

   Al Paçino sevgilisindən ayrıldı
  07 Sentyabr 2023    Oxunub:1280
Aktyor Al Paçino və sevgilisi Nur Əlfallah oğullarının doğulmasından 3 ay sonra ayrılıblar. Bu barədə The Blast cütlüyə yaxın mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Nur Əlfallah üç aylıq oğlunun tam qəyyumluğunu almaq üçün Los-Ancelesdəki müvafiq orqanlara sənədlər təqdim edib.

“Qız ifadəsində aktyorla görüşün təmin edilməsi ilə uşağın tam onun himayəsində olmasını tələb edir. O, Al Paçinoya ortaq qanuni qəyyumluq verməyə razıdır. Bu aktyora məktəb, müalicə və din seçimi kimi mühüm qərarlarda iştirak etməyə imkan verəcək.

Mənbə əlavə edib ki, Nur Alfallah oğlu üçün Al Paçinodan aliment almaq niyyətindədir.

Qeyd edək ki, iyunun 16-da 83 yaşlı Al Paçino və 29 yaşlı Nur Əlfallahın oğlan övladı dünyaya gəlib. Bu, Al Paçinonun dördüncü, cütlüyün isə ilk övladıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti