İrana qarşı sanksiyaları pozan yunan şirkəti cərimə ödəyəcək

İrana qarşı sanksiyaları pozan yunan şirkəti cərimə ödəyəcək
  07 Sentyabr 2023    Oxunub:912
İran neftinin qaçaqmalçılığı və ABŞ-nin neft sanksiyalarını pozmaq itihhamını qəbul edən Yunanıstanın gəmiçilik şirkəti cərimə ödəməyə razılaşıb.
AzVision.az xəbər verir ki, “Associated Press” agentliyinin ABŞ Federal məhkəməsinin sənədlərinə istinadən yaydığı məlumatda Yunanıstanın “Empire Navigation” gəmiçilik şirkətinin ABŞ Federal prokurorluğu ilə razılaşma əsasında ona qarşı irəli sürülən ittihamları qəbul edərək 2 milyon 400 min dollar cərimə ödəməyə hazırlaşdığı bildirilir.

Bu iş “Nüvə İranına qarşı alyans” qrupunun Fars körfəzindəki Xark adasından İranın xam neftini yükləməkdə şübhəli elan etdiyi “Suez Rajan” neft tankerinin ələ keçirilən yükü ilə bağlıdır.

“Empire Navigation” şirkətinin vəkili Apostolos Turkantonis İrana qarşı sanksiyaların pozulduğunu etiraf edib.
AzVision.az


Teqlər: İran   Yunanıstan  





Xəbər lenti