Peskov helikopterlə Ukraynaya qaçan pilotdan danışmaq istəmədi

Peskov  helikopterlə Ukraynaya qaçan pilotdan  danışmaq istəmədi
  07 Sentyabr 2023    Oxunub:1008
Xəbər verdiyimiz kimi ötən ay rusiyalı pilot Maksim Kuzminov qaçırdığı Mi-8 helikopteri ilə Kurskdan Ukraynaya uçub. O bu addımının müqabilində 500 min dollar priz də alıb.
Bu gün isə Kremlin sözçüsü Dmitri Peskov keçirdiyi brifinq zamanı rusiyalı pilotun Ukrayna ordusu tərəfə keçməsini şərh etmək istəməyib. O qeyd edib ki, məlum helikopter qalmaqlı ilə bağlı məsələləri şərh etmək Müdafiə Nazirliyinin səlahiyyətindədir.

Jurnalistin "təhlükəsizlik sistemindəki belə bir nöqsanı necə izah etmək olar və bununla bağlı Kremldə hər hansı narahatlıq yaranıbmı?" sualına Peskov qısaca belə cavab verib ki, məlum durumu şərh edə bilməz.

"Təfərrüatları bilmədən nəyisə şərh etmək düzgün deyil", - o qeyd edib.

Xatırladaq ki, avqustun 23-də Rusiya ordusuna aid “Mi-8” hərbi helikopterinin pilotu idarə etdiyi texnika ilə birgə Ukrayna tərəfinə keçərək, təslim olub. Ukrayna hərbi kəşfiyyatının bu əməliyyatı nəticəsində helikopter və pilotla birgə xeyli miqdarda dəyərli hərbi avadanlıqlar və məxfi sənədlər ələ keçirilib.

Pilot digər rusiyalı həmkarlarını da eyni addımı atmağa çağırıb. Ailəsilə birgə Ukraynada olduğunu, ona hər cür şərait yaradıldığını, yüksək maddi kompensasiya aldığını və iş yeri ilə təmin olunduğunu bildirən Kuzminov deyib: “Bu müharibə sadəcə, ukraynalıların soyqırımıdır. Həm ukraynalıların, həm də rusiyalıların. Mənim hərəkətimin məqəsədi odur ki, bu cinayətlərə vasitəçilik etməyim. Ukrayna birmənalı olaraq, qalib gələcək. Bu, zaman məsələsidir. Çünki xalqda böyük birlik var”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Peskov  





Xəbər lenti