"Kiyev heç vaxt NATO üzvlüyünə indiki qədər yaxın olmayıb" - Stoltenberq

   "Kiyev heç vaxt NATO üzvlüyünə indiki qədər yaxın olmayıb" -    Stoltenberq
  07 Sentyabr 2023    Oxunub:881
Ukrayna heç vaxt NATO-ya qəbul edilməyə indiki qədər yaxın olmayıb.
Bu sözləri Şimali Atlantika Alyansının baş katibi Yens Stolteberq Avropa Parlamentinin (AP) xarici işlər, müdafiə və təhlükəsizlik komitələrinin birgə iclasında deyib.

Təşkilat rəhbərinin sözlərinə görə, hətta iyulda Vilnüsdə keçirilən sammit zamanı Ukraynanın NATO-ya daxil olması ilə bağlı konkret qərarlar qəbul edilib. O cümlədən, forum iştirakçıları Kiyevə hərtərəfli yardım paketinin ayrılmasını təsdiqləyib və onun maliyyələşdirilməsinə dair razılığa gəliblər. "Bu, Alyansa tam uyğun olan Ukrayna ordusunun yaradılması üçün edilib", - Stoltenberq vurğulayıb.

O həmçinin qeyd edib ki, “Biz NATO-Ukrayna Şurası yaratmaqla siyasi əməkdaşlığı gücləndirmişik, burada bərabərhüquqlu şəkildə görüşür və qərarlar qəbul edirik. Biz həmçinin NATO-ya gedən yolu iki pillədən bir pilləyə endirərək, Ukraynanın Üzvlük üzrə Fəaliyyət Planının icrasını ləğv etdik”.

Tural Tağıyev
AzVision.az



Teqlər: NATO  





Xəbər lenti