Rusiyada orduya yardım toplayanları partlatmaq istədi - VİDEO

 Rusiyada orduya yardım toplayanları partlatmaq istədi  - VİDEO
  07 Sentyabr 2023    Oxunub:936
Rusiyanın Rostov-na-Don ərazisində hərbi geyimdə olan bir şəxs humanitar yardımların toplanması məntəqəsini partlatmaqla hədələyib.
AzVision.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Seks xidmətə görə hərbi komissarlığı yandırmaq istədi
Qeyd olunur ki, həmin şəxs sərxoş vəziyyətdə olub. Taqanroqskaya küçəsində “Döyüş Qardaşlığı veteranları”nın təşkil etdiyi xüsusi hərbi əməliyyatın döyüşçüləri üçün humanitar yardımın toplandığı yerə gələn təhlükəli şəxsi videoya çəkə biliblər.

Sərxoş rus stolun üstünə qumbara qoyduğunu bəyan edib. O insanları hədələyərək deyib ki, məntəqəyə toplaşanlar ərazini tərk etməyəcəkləri təqdirdə onları partladacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Sərxoş   Qumbara  





Xəbər lenti