Baydenin oğlu sentyabrda həbs oluna bilər

Baydenin oğlu sentyabrda həbs oluna bilər
  07 Sentyabr 2023    Oxunub:1134
ABŞ Prokurorluğu sentyabrın 29-dək prezident Co Baydenin oğlu Hanter Baydenə qarşı ittihamlar irəli sürəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Politico” məhkəmə sənədlərinə istinadən yazıb.

Baydenin oğlu ilə bağlı iddia: Baş prokuroru işdən qovdurub
Qeyd edilir ki, müvafiq vəsatəti "Hunter Bayden işi" üzrə xüsusi prokuror David Veiss göndərib. O bildirib ki, prokurorlar Coe Baydenin oğluna qarşı "29 sentyabr cümə gününə qədər" ittiham aktını tələb etmək niyyətindədirlər. Eyni zamanda, vəsatətdə onların hansı ittihamlardan danışdıqları açıqlanmır.

Bununla belə, Politico yazır ki, Bayden Delaver ştatında 2018-ci ildə silah alışı ilə bağlı ittihamlarla üzləşəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Bayden  





Xəbər lenti