Polşa Rusiya ilə döyüş üçün öz PUA-larını istehsal edəcək
“Hər gün onların necə istifadə edildiyini təhlil edirik. Haubitsalara vurulan ziyanın çoxu pilotsuz təyyarələrin hücumları nəticəsində baş verib”, - Kukula deyib.
Məlum olub ki, rəsmi Varşava PUA istehsalına "əhəmiyyətli sərmayə qoymağa" hazırlaşır, prioritet məsələ isə Polşanın öz dronlarının yaradılması olacaq.
Komandan vurğulayıb ki, pilotsuz texnologiyaların köməyi ilə Polşa Rusiyanın canlı qüvvə və texnika baxımından “hədsiz imkanlarını” zərərsizləşdirməyi planlaşdırır.
Tural Tağıyev
AzVision.az
Teqlər: Polşa