ABŞ məhkəməsi Abbas Əmir İntizamla bağlı İrana qarşı hökm çıxarıb

ABŞ məhkəməsi Abbas Əmir İntizamla bağlı İrana qarşı hökm çıxarıb
  07 Sentyabr 2023    Oxunub:951
Amerika məhkəməsi Bazarqan müvəqqəti hökumətinin sözçüsü Abbas Əmir İntizamın İran hakimiyyəti tərəfindən “işgəncələrə məruz qalması və 40 il qanunsuz həbs edilməsi” barədə hökm verib.
AzVision.az xəbər verir ki, Vaşinqtonda Federal məhkəmənin çıxardığı və Əmir İntizamın ailəsinin vəkilinin sosial şəbəkələrdə dərc etdiyi bu qərara əsasən, onun üç övladına ümumilikdə 19,5 milyon dollar təzminat ödənilməlidir.

Mərhum məhbusun övladları əvvəllər atalarının “həbsdə yatması, işgəncələrə məruz qalması və ölümünə səbəb olan şəraitin yaradılması” ilə bağlı İrana qarşı məhkəməyə şikayət ediblər. Bu şikayət məhkəmədə 2019-cu ildə - Əmir İntizamın ölümünün ildönümündə qeydə alınıb.

İslam inqilabından sonra Mehdi Bazarqanın müvəqqəti hökumətinin sözçüsü və baş nazirin müavini, İranın ən yaşlı siyasi məhbusu kimi tanınan Abbas Əmir İntizam 2018-ci ilin iyulunda vəfat edib.

O, 1979-cu ilin noyabrında “İmam xətti ilə gedən tələbələr” birliyi tərəfindən Amerika səfirliyinin işğalından sonra İrana çağırılaraq, “casusluq” və ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi ilə “əməkdaşlıq” ittihamları əsasında edam cəzasına məhkum olunub. Sonradan ölüm hökmü ömürlük həbslə əvəz edilib.

AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti