İranda məktəbli geyimləri 50% bahalaşıb

İranda məktəbli geyimləri 50% bahalaşıb
  07 Sentyabr 2023    Oxunub:1628
Dəftərxana ləvazimatlarının qiymətinin artması ilə bağlı hesabatların dərcindən sonra İranın “Tekstil və Geyim” istehsal və ixrac birliyi məktəbli geyimlərinin qiymətinin 2022-ci illə müqayisədə 40-50% artdığını bildirib.
AzVision.az xəbər verir ki, “Tekstil və Geyim” istehsal və ixrac birliyinin üzvü Əkrəm Əyvazxani oğlanlar üçün məktəbli forması və şalvarlarının qiyməti 550 min, qızlar üçün isə 600 min tüməndən başlayacağını açqılayıb. Yeri gəlmişkən, bu qiymətlər “ən sadə məktəbli forması dizaynı” üçündür.

“Əsasən üç parça, cins və bu kimi olan lüks məktəbli formalarının qiyməti 1 milyon 400 min tümənə qədər ola bilər”, - birliyin məlumatında deyilir.

İllik inflyasiya səviyyəsinin 40%-dən çox artması ilə eyni vaxtda iranlı ailələrin xeyli hissəsi məktəbli uşaqlarını təmin etmək üçün “təzyiq altındadır” və bir ailədə bir neçə məktəbli uşaq olduqda bu təzyiq xeyli güclənir.

Məlumatlara görə, hər bir şagirdin bir müddət istifadə etdiyi bel çantası və dəftərxana ləvazimatlarının qiyməti bir neçə yüz min tüməndən başlayaraq, 12 milyon tümənə çatır.

Tehran şəhər şurası isə yeni tədris ilində məktəblərdə xidmət tariflərinin 45% artırıldığını təsdiqləyib. Şuranın üzvü Cəfər Təşəri Haşimi ibtidai sinif şagirdləri üçün xidmətin dəyərinin ən azı 5 milyon 400 min, maksimum 21 milyon, orta məktəb şagirdləri üçün isə minimum 6 milyon 100 min, maksimum 23 milyon tümən olduğunu bildirib.
AzVision.az


Teqlər: İran   məktəblər  





Xəbər lenti