"İstefa verməyəcəyəm, xəyallardan əl çəkin" - Zurabişvili
Bundan əvvəl hakim partiya Zurabişvilinin hökmətdən aldığı rədd cavablarına baxmayaraq, xaricə səfərlərini davam etdirməsi ilə əlaqədar onun impiçmentinə başlayacağını bəyan etmişdi.
Vəzifəli şəxsin impiçment yolu ilə vəzifədən kənarlaşdırılması prosedurunun başlanmış hesab edilməsi üçün onun başlanmasına dair yazılı sorğu Gürcüstan parlamenti deputatlarının ən azı üçdə biri tərəfindən imzalanmalıdır. Hakim partiya artıq 80 səs toplayıb.
Bu qərar parlamentin tam tərkibinin ən azı üçdə ikisi tərəfindən dəstəklənərsə, prezident impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılmış sayılır. Parlament çoxluğu 150 səsdən 84 səsə malikdir, impiçment üçün 100 parlamentarın dəstəyi lazımdır.
Bundan əvvəl Gürcüstan hökuməti Zurabişvilinin Almaniya, Ukrayna, İsrail və BƏƏ də daxil olmaqla 10 ölkəyə xarici səfərlərini rədd etmişdi.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: