BƏƏ-də helikopter dənizə düşüb, ekipaj üzvləri axtarılır

BƏƏ-də helikopter dənizə düşüb, ekipaj üzvləri axtarılır
  08 Sentyabr 2023    Oxunub:784
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "AeroGulf" şirkətinə məxsus "Bell 212" helikopteri dənizə düşüb, təyyarənin göyərtəsində olan şəxslərin axtarışına başlanılıb.
Bu barədə “Reuters” BƏƏ-nin Aviasiya Baş İdarəsinə istinadən məlumat yayıb. Qeyd olunub ki, helikopterin pilotları Misir və Cənubi Afrika vətəndaşları olub.

"Axtarış-xilasetmə qrupları helikopterin qalıqlarını çıxarıb, təyyarənin ekipajının axtarışları davam edir, qəzanı araşdırmaq üçün hadisə yerinə xüsusi qrup cəlb olunub", - məlumatda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti