Britaniya türmədən qaçan məhbusu axtarır: İrana işləyib

Britaniya türmədən qaçan məhbusu axtarır:    İrana işləyib
  08 Sentyabr 2023    Oxunub:994
Terrorla bağlı ittiham olunan məhbus- 21 yaşlı Daniyel Abid Xəlifə Londondakı həbsxanadan qida maşınının altında gizlənərək qaçıb.
AzVision.az xəbər verir ki, artıq bir gündən çoxdur ki, polis onu tapa bilmir. Hazırda Böyük Britaniyada genişmiqyaslı axtarışlara başlanılıb. Rəsmilərin sözlərinə görə, bu prosesə görə təyyarələ və gəmilərin hərəkəti gecikir.

Britaniya ordusunun keçmiş əsgəri Daniel Abid Xəlifə “düşmən tərəfindən birbaşa və ya dolayısı ilə istifadə oluna biləcək” məxfi məlumatları toplamağa cəhddə də ittiham olunur.

BBC World Network onun İranın xeyrinə casusluqda ittiham edildiyini, həmçinin Britaniya hərbi bazasına “saxta bombalar” yerləşdirməyə çalışdığını yazıb.

Onun bütün ittihamları “terrorçu” kimi təsnif edilib və Xəlifə Londondakı "Wandsworth" həbsxanasından qaçdıqdan sonra Böyük Britaniyanın hava limanlarında və limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.
AzVision.az



Teqlər:





Xəbər lenti