Yunanıstanda "Daniel" qasırğası: 6 nəfər ölüb, 6 nəfər itkin düşüb

      Yunanıstanda "Daniel" qasırğası:    6 nəfər ölüb, 6 nəfər itkin düşüb
  08 Sentyabr 2023    Oxunub:822
Yunanıstanda "Daniel" qasırğası nəticəsində altı nəfər ölüb, daha altı nəfər itkin düşmüş hesab olunur. Bu barədə Afinanın AMNA xəbər agentliyi məlumat yayıb.
Sentyabrın 4-dən Yunanıstanda güclü leysan yağır. Volos şəhəri yaxınlığındakı Zaqora bölgəsində sentyabrın 5-də 645 millimetr yağış düşüb.

Sentyabrın 5-dən Yunanıstan Yanğınsöndürmə Xidmətinin Əməliyyat Mərkəzinə yardım üçün 6400 müraciət daxil olub və 1880-dən çox insan təhlükəsiz yerə aparılıb.

Güclü leysan Afinanı da vurub. Paytaxtın mərkəzindəki bəzi metro stansiyalarını, o cümlədən parlamentin yaxınlığındakı mərkəzi Sintaqma stansiyasını su basıb.

Hökumət yağışları görünməmiş hadisə adlandırır və bunu iqlim böhranı ilə əlaqələndirir.

Daşqınlar səbəbindən Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis 87-ci Saloniki Beynəlxalq Ticarət Sərgisinin açılışı ilə əlaqədar sentyabrın 9-da Salonikidə planlaşdırılan əsas siyasi çıxışını təxirə salıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Yunanıstan  





Xəbər lenti