ABŞ-Ermənistan təlimində 85 amerikalı hərbçi iştirak edəcək

   ABŞ-Ermənistan təlimində 85 amerikalı hərbçi iştirak edəcək
  08 Sentyabr 2023    Oxunub:1282
“Qartal tərəfdaşı 2023” adlı ABŞ-Ermənistan birgə təlimlərində təxminən 85 ABŞ hərbçisi iştirak edəcək. Bu barədə ABŞ komandanlığının saytında dərc olunan bəyanatda deyilir.
Bildirilir ki, sentyabrın 11-dən 20-dək keçiriləcək təlimlərdə ABŞ-ın 101-ci Hava Desant Diviziyasının 1-ci Briqadası və Kanzas Milli Qvardiyasının əsgərləri iştirak edəcək.

Ermənistan tərəfdən 175 erməni hərbçinin iştirakı nəzərdə tutulub.

Sentyabrın 6-da Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində Ermənistan və Amerika Birləşmiş Ştatlarının "Qartal Tərəfdaşı 2023" birgə hərbi təlimlərinin keçiriləcəyini bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti