Ərdoğan Hindistana getdi

   Ərdoğan Hindistana getdi
  08 Sentyabr 2023    Oxunub:974
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin zirvə toplantısında iştirak etmək üçün Hindistana gedib.
AzVision.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, səfərdə dövlət başçısını xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşək, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin müdiri Fahrettin Altun və Prezidentin müşaviri Akif Çağatay Kılıç müşayiət edir.

Türkiyə liderinin Hindistana səfəri sentyabrın 10-dək davam edəcək. Ərdoğan sammit çərçivəsində G20 ölkələrinin dövlət və hökumət başçıları ilə danışıqlar aparacaq.

Şahanə Rəhimli

AzVision.az


Teqlər: Ərdoğan  





Xəbər lenti