İranda Xameneyinin baneri yandırıldı - VİDEO

İranda Xameneyinin baneri yandırıldı    - VİDEO
  08 Sentyabr 2023    Oxunub:950
İranda ali dini lider Ayətullah Əli Xameneyiyə aid daha bir baner yandırılıb.
AzVision.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin İran seqmentində video yayılıb.

İranda Xameneyinin daha bir baneri yandırıldı - VİDEO
"Azad İran" yazır ki, bu dəfə İranın Zahidan şəhərində bannerə etnik bəluçlar tərəfindən od vurulub. İnsidentin azadlıqsevər gənclər tərəfindən törədildiyi deyilir.

Xatırladaq ki, son aylar İranın bütün şəhərlərində tez-tez oxşar addımlar atılır.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Məhsa Əmini faciəsindən sonra İranı kütləvi iğtişaşlar və aksiyalar dalğası bürüyüb. İnsanlar azadlıq, tapdalanan hüquqlarının bərpasını tələb edirlər. Xameneyinin foto və banerlərinin yandırılması isə artıq adi hala çevrilib.

AzVision.az



Teqlər:   İran   Baner  





Xəbər lenti