SEPAH mediası yenidən Azərbaycanı hədələdi - VİDEO

   SEPAH mediası yenidən Azərbaycanı hədələdi  - VİDEO
  08 Sentyabr 2023    Oxunub:1449
SEPAH-ın "Telegram" kanalı sentyabrın 5-də Azərbaycanı hədələyən video yayıb.
Video bu dəfə Azərbaycan rəhbərinə ünvanlanıb.

SEPAH-ın media resursu videonun altındakı mətndə həyasızcasına Azərbaycan Prezidentinə mesaj göndərib: “Əliyev bilsin ki, ərazi bütövlüyünü qorumaq qırmızı xətlərimizdir!"

Eyni vaxtda, videoda İran raketlərinin buraxılması və nəqliyyat təyyarəsinə minən komandolarla (Azərbaycan ərazisinə enmək üçün) yanaşı, Ermənistanın xəritəsi də əks olunub. Azərbaycanın tarixi bölgəsinə - Sovet hakimiyyətinin ilk illərində Ermənistana verilmiş və hazırda Sünik rayonu adlanan Zəngəzura xüsusi vizual diqqət yetirilir.

Aydın məsələdir ki, Ermənistan-Azərbaycan sərhədində artan gərginlik fonunda Tehran bir daha Bakıya mesaj verir ki, ayətulllah rejimi üçün Ermənistanın təhlükəsizliyi İslam Respublikasının təhlükəsizliyinə bərabərdir. Necə ki, İranın xarici işlər naziri Abdullahiyan da ötən ilin oktyabrında bunu demişdi.

AzVision.az



Teqlər: SEPAH  





Xəbər lenti