Ermənistanda ölən əsgərin atası silah və narkotikə görə saxlanıldı

   Ermənistanda ölən əsgərin atası silah və narkotikə görə saxlanıldı
  08 Sentyabr 2023    Oxunub:1008
Ermənistanda 44 günlük müharibədə ölən əsgər Mxitar Qaleyanın atası Qarik Qaleyan saxlanılıb.
Bu barədə "Sputnik Ermənistan"a Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.

“Bəli, mən bunu təsdiq edirəm və vəziyyətə gəlincə, biz açıqlama verəcəyik”, - deyə Abrahamyan bildirib.

Mətbuatda ölən hərbçinin atasının saxlanması ilə bağlı müxtəlif versiyalar tirajlanır. Bildirilir ki, o, avtomobildə silah saxladığı üçün saxlanılıb, Qaleyanın əlində isə silah olmayıb. O da qeyd edilir ki, həbs narkotiklə bağlı cinayət işi ilə əlaqədardır.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti