Lavrov da Hindistana getdi

 Lavrov da Hindistana getdi
  08 Sentyabr 2023    Oxunub:1069
Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitində iştirak etmək üçün Hindistana gedib.
"RİA Novosti"nin məlumatına görə, naziri aparan təyyarə sentyabrın 9-10-da baş tutacaq əsas sammit tədbirləri ərəfəsində Hindistanın paytaxtı hava limanına enib.

Lavrov G20 sammitində Rusiya prezidenti Vladimir Putinin adından Rusiya nümayəndə heyətinə başçılıq edir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi məlumata görə, nazir iki plenar iclasda- sentyabrın 9-da “Bir planet” sessiyasında və sentyabrın 10-da “Bir gələcək” mövzusunda çıxış edəcək.

Sammit çərçivəsində Lavrov bir sıra ikitərəfli danışıqları nəzərdə tutur, lakin Rusiya Xarici İşlər Nazirliyi nazirin kiminlə görüşəcəyini dəqiqləşdirməyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti