Almaniyalı deputat iranlı etirazçıya siyasi sponsoru olacaq
“Mən bu prosedura qəti etiraz edirəm, çünki qanunun aliliyi prinsipləri pozulub. İran hökuməti ölüm hökmündən repressiya vasitəsi kimi istifadəni davam etdirir. İranda insan haqları nəzərə alınmalıdır”, - Mittaq deyib.
İsfahan vilayətində yerləşən Şahinşəhrdən olan Məryəm Abbasiniku bu şəhərdə hökumət qüvvələri tərəfindən həbs edilib. O, qız məktəblərinə təşkil edilən hücumlara etiraza görə, bir müddət saxlanılaraq işgəncələrə məruz qalan yeniyetmə şagird Bita Şəfiradın anasıdır.
Şəfiradın ailəsinə yaxın mənbə “İran İnternational”a bildirib ki, SEPAH kəşfiyyat agentləri tələbənin evinə hücumdan sonra onu ordersiz həbs etməyi planlaşdırıblar, lakin Bita evdə olmadığı üçün anası Məryəm Abbasiniku həbs olunub.
Abbasiniku həmçinin “Sab əl-Nabi” ittihamı ilə özlüm cəzası ilə də üzləşib.
AzVision.az