“Bütün İran vətəndaşlarının azadlığa və rahatlığına aparan yol bu şeytani rejimi əziz İranımızdan dağıtmaqdan keçir. Məhsa Əmininin qətlinin ildönümü sizin, cəmiyyətin müxtəlif təbəqələrindən və qruplarından olan, birləşmiş milyonlarla narahat iranlı üçün milli inqilabımızın yeni dalğasını başlatmaq üçün mühüm fürsətdir”, - Pza Pəhləvi deyib.
Şahzadə, həmçinin İran millətinə qarşı hər hansı zorakılığın nəticələri barədə repressiya siyasətini aparanlara xəbərdar ünvanlayıb.
- Ədalət saatını düşünün və əziyyət çəkən millətin repressiyasının nəticələrindən qorxun. Qanuni müdafiə, insanların canına ac qurd kimi düşən rejimdən özünün və başqalarının həyatını və təhlükəsizliyini qorumaq vətəndaşların aşkar və danılmaz hüququdur. Rejimi devirməyin yolu şanlı milli həmrəylik və onun ölkə daxilində və xaricində nümayişidir. Bilin ki, xalqı çox sayda və həmrəyliyin ən yüksək səviyyəsində görəndə repressiya qüvvəsi öz işindən geri addım atacaq”, - müraciətdə deyilir.
Cəmiyyəti parçalayanların uzaq tutulması zərurətini vurğulayan Şahzadə, iranlıların böyük xalq olduğunu və ölkəni istibdadçıalrın əlindən geri alınacağını söyləyib.
شاهزاده رضا پهلوی، در پیامی ویدیویی به مناسبت نزدیک شدن به سالگرد قتل مهسا امینی، خطاب به مردم ایران گفت: «راه رهایی و آسایش شما، برچیدهشدن بساط این رژیم اهریمنی از ایران عزیزمان است.»
— ايران اينترنشنال (@IranIntl) September 7, 2023
او افزود: «با همبستگی شکوهمند ملی و نمایش آن در درون و بیرون کشور است که میتوان این رژیم… pic.twitter.com/V588i8G1fu
AzVision.az