Karasin: “İrəvanda çevrilişi hazırlamağımızla bağlı məlumatlar cəfəngiyyatdır”

      Karasin:    “İrəvanda çevrilişi hazırlamağımızla bağlı məlumatlar cəfəngiyyatdır”
  08 Sentyabr 2023    Oxunub:985
“Rusiyanın Ermənistanda dövlət çevrilişi hazırlaması ilə bağlı məlumatlar cəfəngiyyatdır”.
News.ru xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

Onun sözlərinə görə, belə iddiaları səsləndirən zaman faktlar irəli sürmək lazımdır: “Hər hansı virtual sxemlər uydurmaq və bu barədə bütün dünyaya car çəkmək ağıllı olmayan, daha doğrusu, çox axmaq siyasətçilərə xas olan xüsusiyyətdir. Belə bəyanatlar Rusiyaya qarşı düşmənçiliyə təhrik üçün səsləndirilir”.

AzVision.az



Teqlər:





Xəbər lenti