Ermənistan və BƏƏ viza rejimini ləğv edib

   Ermənistan və BƏƏ viza rejimini ləğv edib
  08 Sentyabr 2023    Oxunub:1005
Ermənistan və Birləşmiş Ərəb Əmirlikləri arasında viza rejimi ləğv edilib. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan X sosial şəbəkəsindəki mikrobloqunda nazir Ararat Mirzoyanın BƏƏ-yə səfərinin yekunlarını təqdim edərkən bildirib.
“Ararat Mirzoyanın BƏƏ-yə rəsmi səfəri hər iki ölkənin vətəndaşları üçün viza rejiminin ləğvi haqqında sazişin imzalanması ilə əlamətdar olub”, – Kostanyan yazıb.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 7-də BƏƏ-yə gedib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti