Avropanın meşələri məhv olmaq riski altındadır

   Avropanın meşələri məhv olmaq riski altındadır
  09 Sentyabr 2023    Oxunub:1365
Avropa meşələri iqlim dəyişikliyi səbəbindən tanınmaz hala gələ bilər, çünki onları təşkil edən ağaclar məhv olmaq riski altındadır.
Bu nəticəyə İtaliyanın Ka Foskari Universitetinin və Milli Biomüxtəliflik Mərkəzinin alimləri gəliblər. Mütəxəssislər İtaliyanın Apennin və Alp dağlarının beş bölgəsində ağac növlərinin yayılması üçün modellər hazırlayıblar. Onlar məlumatları iki əsas ssenari üçün iqlim dəyişikliyi proqnozları ilə birləşdirdilər: birində istixana emissiyaları azalıb, ikincisində isə eyni səviyyədə qalıb.

Alınan məlumatlar əsasında mütəxəssislər 2050-ci ilə qədər meşə əkinləri üçün torpaqların yararlılıq xəritələrini hazırlayıblar. Komanda müəyyən edib ki, əksər ağacların çeşidi iqlim dəyişikliyi səbəbindən azalacaq, bəzi növlər isə istiləşmədən faydalanacaq və mövcudluq diapazonunu genişləndirəcək.

Qeyd olunub ki, iqlim dəyişikliyinə ən həssas ağac növləri gümüş küknar və Avropa fıstıqlarıdır. Ümumiyyətlə, meşə xətti daha yüksək dağlara doğru hərəkət edəcək. Alp çəmənliklərinin və digər yüksək dağlıq ekosistemlərin bir hissəsinin məhvi də mümkündür.


AzVision.az



Teqlər:





Xəbər lenti