Mərakeşdə zəlzələdə ölənlərin sayı 820-yə çatıb

 Mərakeşdə zəlzələdə  ölənlərin sayı 820-yə çatıb
  09 Sentyabr 2023    Oxunub:1748
Mərakeşdə zəlzələdə ölənlərin sayı 820-yə çatıb.
Zəlzələ nəticəsində 672 nəfər yaralanıb. Qeyd edək ki, sentyabrın 8-dən 9-na keçən gecə Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin episentri Mərakeş şəhərindən 77 kilometr uzaqlıqda, 10 kilometr dərinlikdə olub.

Yeraltı təkanlar şimalda yerləşən paytaxt Rabatdan cənubda yerləşən Sidi-İfni şəhərinə qədər 400 kilometr radiusda hiss olunub.

***

Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 632-yə çatıb. Bu barədə Krallığın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib. Mənbənin sözlərinə görə, 329 nəfər yaralanıb.

Qeyd edək ki, Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.

AzVision.az



Teqlər: Zəlzələ  





Xəbər lenti