İranda həbsdə saxlanılan dördüncü fransızın adı açıqlanıb

İranda həbsdə saxlanılan dördüncü fransızın adı açıqlanıb
  09 Sentyabr 2023    Oxunub:1264
Bu il mayın sonunda İranda həbsxanadan çıxan fransalı turist Benjamin Brier ilk dəfə İranda həbsdə saxlanılan dördüncü Fransa vətəndaşının adını açıqlayıb.
AzVision.az xəbər verir ki, öz İnstaqram səhifəsində paylaşım edən Brier üç il İran hökuməti tərəfindən girov saxlanıldığını və bu ilin yazında həbsdən azad edildiyini bildirib. Lakin o, həbsdəkilərin hamısına belə xoşbəxtliyin qismət olmadığını yazıb.

“Amma bir çoxları hələ də özbaşına saxlanılır. Onların arasında Sesil Koller, Jak Paris, Lui Arno, Oliver və bir çox başqaları hələ də həbsdədir”, - Brier vurğulayıb.

İranda saxlanılan dördüncü fransalının adı ilk dəfədir ki, açıqlanır. Benjamin Brier “Oliver”in kimliyi və soyadı ilə bağlı heç nə deməsə də, onun ötən il oktyabrın 22-də həbs olunduğunu yazıb. Lakin dördüncü Fransa vətəndaşının İranda necə saxlanıldığı açıqlanmır.

Avqustun 26-da Fransa prezidenti Emmanuel Makron İranda saxlanılan dörd Fransa vətəndaşının azadlığa buraxılması tələbini qoysa da, onların adlarını çəkməyib.

“Heç nə Fransa vətəndaşlarının İranda həbsxanalarda və qəbuledilməz şəraitdə saxlanmasına haqq qazandırmır”, - Makron deyib.
AzVision.az


Teqlər: İran   fransız  





Xəbər lenti