Paşinyan: Prezident İlham Əliyevlə təcili danışıqlara hazıram

      Paşinyan:    Prezident İlham Əliyevlə təcili danışıqlara hazıram
  09 Sentyabr 2023    Oxunub:1143
Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağa hazır olduğunu deyib.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Qeyd edilir ki, Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon söhbəti zamanı danışıqlar təklifi irəli sürüb.

Ermənistan Naxçıvanla sərhədə qoşun yığır - VİDEO
Ermənistanın baş naziri 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalara sadiqliyini, eləcə də bütün məsələləri yalnız diplomatik vasitələrlə həll etməyə hazır olduğunu təsdiqləyib.

Öz növbəsində, Fransa Prezidenti şərti sərhəddə gərginliyin azaldılmasının zəruriliyini qeyd edib və regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib.

AzVision.az



Teqlər:   Azərbaycan   Ermənistan   Danışıqlar  





Xəbər lenti