İranda öldürülən etirazçının anası oğlunun məzarını axtarır - VİDEO

 İranda öldürülən etirazçının anası oğlunun məzarını axtarır    - VİDEO
  09 Sentyabr 2023    Oxunub:1197
Sosial şəbəkələrdə oğlunun və daha iki kürd gəncin edam edilməsinin beşinci ildönümündə Daye Şərifənin oğlu Ramin Hüseyn Pənahinin məzarını tapmaq üçün bütün qəbiristanlıqları gəzdiyini göstərən video-material yayılıb.
AzVision.az bildirir verir ki, İran hökuməti “Üsyan və Kumle partiyasına üzvlük” ittihamı ilə edam edilmiş Ramin Hüseyn Pənahinin cənazəsini onun ailəsinə təhvil verməyib.

Bundan başqa irəli sürülən ittihamlar günahlandırılanlar tərəfindən rədd edilsə də, Ramin Hüseyn Pənahinin əmisi oğlanları Zaniyar və Loğman Muradi də “döyüşmək və Mərivan cümə imamının oğlunu öldürmək” ittihamı ilə edama məhkum olunublar.

Ramin Hüseyn Pənahinin anası hər il oğlunun edamının ildönümündə edam edilmiş siyasi məhbusların, o cümlədən Tehranın Xavəran qəbiristanlığında olan məzarların üstünə ziyarətə gəlir, onların məzarları üzərinə gül dəstələri qoyur, Raminin xatirəsini ehtiramla yad edir.

AzVision.az


Teqlər: İran   ana  





Xəbər lenti