Röya Hakakiyan Rəisinin iştirak edəcəyi görüşə qatılmayacaq

Röya Hakakiyan Rəisinin iştirak edəcəyi görüşə qatılmayacaq
  09 Sentyabr 2023    Oxunub:1128
İran əsilli amerikalı yazıçı-jurnalist Röya Hakakiyan Amerika Xarici Əlaqələr şurasının analitik mərkəzinin gələn ay keçiriləcək iclasda iştiraka dəvətini İbrahim Rəisinin həmin proqramda olacağına görə rədd edib.
AzVision.az xəbər verir ki, xanım Hakakiyan Tvitter hesabında yaydığı məlumatda Rəisinin bu görüşdə iştirakını “saysız-hesabsız cinayətlərdə” əli olan İranın hazırkı prezidentini “təmizləmək və qanuniləşdirmək” kimi qiymətləndirilib.

İbrahim Rəisi ilə söhbətin yeganə yerinin “məhkəmə” olduğunu vurğulayan yazıçı-jurnalist, Amerika Xarici Əlaqələr şurasının beyin mərkəzinə dəvəti “demokratiya uğrunda mübarizə aparan” və buna görə “həbs edilən, zorlanan və ya edam olunan” etirazçılara qarşı “təhqir” adlandırıb.
AzVision.az


Teqlər: Rəisi   Hakakiyan  





Xəbər lenti