Paşinyan Makron, Şolts, Rəisi, Blinken və Qaribaşvili ilə danışdı

   Paşinyan Makron, Şolts, Rəisi, Blinken və Qaribaşvili ilə danışdı
  09 Sentyabr 2023    Oxunub:1173
Fransa Prezidenti Emmanuel Makron Ermənistan baş naziri Nikol Paşinyana zəng edib.
Qeyd edilib ki, Makron Paşinyanla Ermənistan və Azərbaycan sərhədində artan gərginliyi müzakirə edib, bütün fikir ayrılıqlarını diplomatik yolla həll etməyə çağırıb.

Daha sonra Paşinyan və Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub. Tərəflər Qarabağda vəziyyəti və Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə ediblər.
Ermənistan Baş naziri Paşinyan 6 oktyabr 2022-ci ildə Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə dair yanaşmalara sadiqliyini təsdiqləyib.

Nikol Paşinyan vurğulayıb ki, Azərbaycan Prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazırdır.

Eyni zamanda Ermənistanın baş naziri İran Prezidenti İbrahim Rəisi ilə Qarabağdakı vəziyyəti müzakirə edib. Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

Bundan başqa Ermənistanın baş naziri ilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

AzVision.az


Teqlər:





Xəbər lenti