Britaniya polis məhbəsdən qaçmış Daniel Xəlifəni tutdu

 Britaniya polis məhbəsdən qaçmış Daniel Xəlifəni tutdu
  09 Sentyabr 2023    Oxunub:1131
Böyük Britaniya polisi həbsdən qaçan və İrana casusluqda ittiham olunan keçmiş hərbçi Daniel Abid Xəlifənin saxlanıldığını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu gün səhər saatlarında Britaniya İran hökuməti üçün məlumat toplamaqda ittiham olunan Daniel Xəlifənin axtarışında yeni ipucları tapıldığını açıqlayıb.

Bu qaçaq şübhəlinin Londonun qərbindəki Çizik bölgəsində olduğunu təsdiqləyən polis, axtarış işlərini genişləndirərək 21 yaşlı məhbusu yerli səhər saat 11:00 radələrində həmin ərazidə həbs edib.

Terror cinayətlərində və İran üçün məlumat toplamaqda ittiham olunan keçmiş Britaniya əsgəri Daniel Xəlifə çərşənbə günü səhər, Londonun “Wandsworth” həbsxanasından qaçmışdı. O, həbsxana mətbəxindən çıxaraq yemək daşıyan furqonun altında qalıb və həbsxanadan çıxa bilib.

May ayında ordudan tərxis edilən Xəlifə 2021-ci ildə İngiltərənin mərkəzində yerləşən kazarmada olarkən terror aktı hazırlamaq üçün “düşmən”ə məlumat verməkdə ittiham edilir.
AzVision.az


Teqlər: Britaniya   Xəlifə  





Xəbər lenti