Britaniyada ilin ən isti günü sentyabrda olub

Britaniyada ilin ən isti günü sentyabrda olub
  09 Sentyabr 2023    Oxunub:1258
Böyük Britaniyada ilin ən isti günü qeydə alınıb.
AzVision.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya Xidməti məlumat yayıb.

İlkin məlumata görə, Hitrou hava limanında qeydə alınan maksimal temperatur Selsi üzrə 32,7°C olub. Cari ilin öncəki maksimumu 32,6 dərəcə olub və cümə axşamı qeydə alınıb.

MMX ardıcıl altıncı gündür ki, Böyük Britaniyada 30 dərəcədən yuxarı temperatur qeydə alıb ki, bu da ilin bu dövrü üçün orta səviyyədən xeyli yüksəkdir.

Xatırladaq ki, Britaniyada bütün müşahidə tarixinin ən yüksək temperaturu 2022-ci ilin iyul ayında qeydə alınıb - 40°C.

AzVision.az



Teqlər: Britaniya   Temperatur  





Xəbər lenti