ABŞ və Səudiyyə qitələrarası enerji dəhlizləri yaradacaqlar

ABŞ və Səudiyyə qitələrarası enerji dəhlizləri yaradacaqlar
  09 Sentyabr 2023    Oxunub:1387
Səudiyyə Ərəbistanı və ABŞ bərpa olunan mənbələrdən əldə edilən enerji resurslarının nəqli üçün qitələrarası dəhlizlərin yaradılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi məlumat yayıb.

Cümə günü imzalanan sənəd Səudiyyə Ərəbistanı ərazisindən keçməklə Avropa və Asiya ölkələrini birləşdirəcək nəqliyyat və enerji dəhlizinin tikintisi üzrə Vaşinqton və Ər-Riyad arasında qarşılıqlı fəaliyyət protokolunu müəyyən edir. Agentliyin qeyd etdiyi kimi, layihə təmiz enerjinin, o cümlədən hidrogenin nəqli üçün infrastrukturun, həmçinin rəqəmsal verilənlərin ötürülməsi üçün fiber-optik kabellər şəbəkəsinin yaradılmasını nəzərdə tutur.

Qeyd edək ki, şənbə günü Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud Hindistanı Yaxın Şərq və Avropa ölkələri ilə birləşdirən nəqliyyat və iqtisadi dəhlizin yaradılmasını nəzərdə tutan anlaşma memorandumunun imzalandığını elan edib. Vəliəhdin sözlərinə görə, layihə Yaxın Şərq ölkələri arasında geniş dəmir yolu şəbəkəsinin tikintisini və liman infrastrukturunun inkişafını nəzərdə tutur. Bununla əlaqədar olaraq layihə iştirakçıları ixrac və tranzit yüklərin daşınması üçün marşrutların tutumunun artırılmasını gözləyirlər.

AzVision.az



Teqlər: ABŞ   Səudiyyə  





Xəbər lenti