Haaqada etiraz aksiyasında 500-ə qədər ekofəal saxlanıb

Haaqada etiraz aksiyasında 500-ə qədər ekofəal saxlanıb
  09 Sentyabr 2023    Oxunub:1461
Niderland polisi Haaqada əsas magistral yollardan birini bağlayan “Extinction Rebellion” ekoloji təşkilatının 500-ə yaxın fəalını saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Günorta saatlarında başlayan etiraz aksiyası bələdiyyə tərəfindən yasaqlanıb və hökumətdən qazıntı yanacaqlarına verilən subsidiyaları dayandırmaq istəyən ekofəallardan başqa yerə keçmələri istənilib, lakin əksəriyyət buna qarşı çıxıb. Mer polisə Haaqanı Amsterdam və Rotterdam da daxil olmaqla digər böyük şəhərlərlə birləşdirən A12 avtomobil yolunun nəqliyyat vasitələrinə açılması üçün lazımi tədbirlərin görülməsinə icazə verib. Əvvəlcə su şırnaqlarından istifadə edilib, bundan sonra polis yolu bağlayan insanları saxlamağa başlayıb.

Məlumata görə, ümumilikdə hüquq-mühafizə orqanları 500-ə yaxın adamı saxlayıb. Amma onları polis bölmələrinə belə aparmayıblar, sadəcə avtobuslara mindirib şəhər kənarına aparıb buraxıblar.

Bələdiyyədən verilən məlumata görə, aksiyada ümumilikdə 12 minə yaxın insan iştirak edib. Fəallar ən az 25 min adamın toplaşdığını iddia edirlər.

AzVision.az



Teqlər: Haaqa   EtirazAksiyası  





Xəbər lenti