"Deyirlər, Rusiya Qarabağı Azərbaycana verdi, bundan vicdansız ifadə yoxdur" - Lavrov əsəbiləşdi

   "Deyirlər, Rusiya Qarabağı Azərbaycana verdi, bundan vicdansız ifadə yoxdur" -    Lavrov əsəbiləşdi
  10 Sentyabr 2023    Oxunub:1570
"Ermənistan rəsmilərinin Rusiyanın guya Dağlıq Qarabağı təslim etməsi ilə bağlı bəyanatları həqiqətə uyğun deyil".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

"Bəzi fiqurlar, məncə, parlamentin rəhbəri Rusiyanın Qarabağı Azərbaycana verməsi planı ilə bağlı danışıb. Daha yanlış və vicdansız bir ifadə təsəvvür etmək çətindir. O, 2020-ci ilin noyabrında Putin, Paşinyan və Əliyev ilk üçtərəfli sazişləri imzalayanda Qarabağın Rusiya tərəfindən Azərbaycana verildiyini söyləyib. Bu, tamamilə həqiqətə uyğun deyil”, - deyə o bildirib.

Nazir deyib ki, bu sənəddə ümumiyyətlə, Qarabağın statusu ilə bağlı heç nə yoxdur.

"Lakin daha sonra Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin dəvət olunduğu Praqada 1991-ci il Alma-Ata Bəyannaməsini tanıdıqlarını bildirən bəyanat imzalayanda bütün məsələlər bağlandı. Beləliklə, Ermənistanın baş naziri Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkib hissəsi kimi tanınmasına dair sənədi imzaladı”, - Lavrov əlavə edib.

"Bizi 2020-ci ilin noyabrında Qarabağı Azərbaycana verməkdə ittiham etməyə ehtiyac yoxdur. Öz xalqın qarşısında müstəqil cavab vermək lazımdır”, - Rusiya XİN rəhbəri vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti