Əfqanıstanda sintetik narkotik qaçaqmalçılığı artıb

   Əfqanıstanda sintetik narkotik qaçaqmalçılığı artıb
  11 Sentyabr 2023    Oxunub:1083
Əfqanıstan və ona qonşu ölkələrdə sintetik narkotik qaçaqmalçılığı əhəmiyyətli dərəcədə geniş vüsət alıb.
Bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi məlumat yayıb. Təşkilat Əfqanıstanda və qonşu ölkələrdə metamfetamin alverinin artdığına dair xəbərdarlıq edib. Qeyd edilib ki, 2017-ci ildə bu ölkədə və onun ətrafında ələ keçirilən 2,5 ton sintetik narkotiki 12 dəfə artaraq, 2021-ci ildə 29,7 tona çatıb.

Məlumatda Taliban hökumətinin 2022-ci ildə ölkədə heroini qadağan etməsinə baxmayaraq, bunun ticarətinin məhdud davam etdiyi, qadağadan sonra metamfetamin qaçaqmalçılığı və onun istehsalında nəzərəçarpacaq artım olduğu, bölgədə narkotik bazarının geniş şəkildə yenidən formalaşdığı qeyd olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti