Yeniyetmə bıçaqla məktəbə hücum etdi: 4 nəfər yaralanıb

Yeniyetmə bıçaqla məktəbə hücum etdi:    4 nəfər yaralanıb
  11 Sentyabr 2023    Oxunub:1246
Rusiyada yeniyetmə bıçaqla insanları hücum edib. Hadisə Rostovun Krasnı Desant kəndində baş verib.
Yerli media yazır ki, məktəbə daxil olmaq istəyən yeniyetmə 4 nəfəri yaralayıb. O artıq saxlanılıb. Məlum olub ki hücum edən cinayətkar həmin məktəbin 15 yaşlı şagirdidir. Vilayət qubernatoru Vasili Qolubev açıqlamasında deyib ki, xoşbəxtlikdın heç bir şagird xəsarət almayıb: "Onun üzündə maska olub. Ruhi xəstəlikdən əziyyət çəkən həmin məktəbli içəri girmək istəyərkən müqavimətlə rastlaşıb və dörd nəfərə xəsarət yetirib. Onlardan üçü məktəb işçisi olub".

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti