Əvvəl Putini həbs etməyəcəyik dedi, sonra geri çəkildi

   Əvvəl Putini həbs etməyəcəyik dedi,    sonra geri çəkildi
  11 Sentyabr 2023    Oxunub:1069
Xəbər verdiyimiz kimi Braziliya prezidenti Lula da Silva rusiyalı həmkarı Vladimir Putinin Braziliyada keçiriləcək növbəti G20 sammitinə dəvət edib.
O, Rusiya liderinin Braziliyada həbs olunmayacağanı söz verib. Bu gün isə məlum olub ki, o, Putinin həbs olunmayacağı ilə bağlı bəyanatını geri götürüb. Bu barədə Ukraynanın UNIAN agentliyi məlumat yayıb.

Da Silvanın sözlərinə görə, o, Putinin ölkəyə səfər edəcəyi təqdirdə Braziliya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunmayacağına əmin deyil. Prezident qərarların hökumət tərəfindən deyil, Braziliya məhkəmə sistemi tərəfindən verildiyini izah edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin   Braziliya  





Xəbər lenti