Paşinyan Qərbi və İranı Azərbaycanla təcili “dialoq”a çağırıb

Paşinyan Qərbi və İranı Azərbaycanla təcili “dialoq”a çağırıb
  11 Sentyabr 2023    Oxunub:1082
İranın və bəzi dövlətlərin liderləri ilə telefon danışığı zamanı Ermənistanın baş naziri Ermənistan-Azərbaycan sərhədlərində növbəti hərbi ərginliyin qarşısını almaq üçün Bakı ilə “təcili” danışıqlar aparmağı təklif edib.
AzVision.az xəbər verir ki, şənbə günü Ermənistan hökuməti bəyanat yayaraq, baş nazir Nikol Paşinyanın Fransa və İran prezidentlərini, Almaniyanın kanslerini və ABŞ-nin Dövlət katibini İlham Əliyevlə təcili danışıqlara çağırdığını bəyan edib.

Paşinyan iki ölkənin sərhədlərində və Azərbaycanın Qarabağ bölgəsində yeni hərbi gərginliyin qarşısını almağa səsləyib.

İranın “İRNA” dövlət xəbər agentliyi Paşinyan və İbrahim Rəisi arasında şənbə günü telefon danışığına istinadən bildirib ki, İran prezidenti “İranın regionun tarixi sərhədlərində istənilən gərginliyə və dəyişikliyə ciddi etiraz etdiyini” vurğulayıb.
AzVision.az


Teqlər: Paşinyan   İran  





Xəbər lenti