Almaniyanın XİN rəhbəri gözlənilmədən Ukraynaya getdi

   Almaniyanın XİN rəhbəri gözlənilmədən Ukraynaya getdi
  11 Sentyabr 2023    Oxunub:903
Almaniyanın xarici işlər naziri Annalena Barbok gözlənilmədən Kiyevə səfər edib. Bu barədə Almaniyanın “Süddeutsche Zeitung” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, bu, alman nazirin Ukraynaya müharibə başlayandan bəri dördüncü səfəridir.

Nəşrin məlumatına görə, Baerbok bəyan edib ki, Almaniya Aİ-na daxil olması məsələsində Ukraynanı dəstəkləyəcək, lakin ölkənin hələ də islahatlara ehtiyacı var.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti