İranda bir həftədə 21 nəfər koronavirusdan vəfat edib
Qeyd edək ki, nazirliyin səsləndirdiyi rəqəmlər daim cəmiyyətdə ciddi şübhələrə səbəb olub. Təsadüfi deyil ki, bir müddət əvvəl İranın Tibb sistemi təşkilatının rəhbəri Məhəmməd Rza Zəfərkəndi COVİD-19 virusuna yoluxanların sayının faktiki olaraq, Səhiyyə nazirliyinin açıqladığı rəsmi rəqəmləri üç dəfə üstələdiyini bildirib.
Buna rəğmən, yeni həftəlik statistikanın açıqlanmasından bir gün sonra, Səhiyyə naziri Bəhram Eynullahi, ölkədə yeni yayılmış COVİD-19 ştammının olmadığını, bu virusun epidemiya və ya pandemiya vəziyyətindən qripə bənzər təcrid edilmiş və ya endemik vəziyyətə keçdiyini söyləyyib. O, bu virusun həmişə mövcud olacağını da vurğulayıb.
AzVision.az