Fərəh Pəhləvi İran cəmiyyətini birliyə çağırıb

Fərəh Pəhləvi İran cəmiyyətini birliyə çağırıb
  11 Sentyabr 2023    Oxunub:1755
İranın sonuncu kraliçası Fərəh Pəhləvi Məhsa Əmininin vəfatının birinci ildönümü və İranda ümummilli etirazların başlaması münasibətilə verdiyi mesajda “Qadın, Həyat, Azadlıq” hərəkatının davam etdirilməsi üçün ictimai birliyin zəruri olduğunu vurğulayıb.
AzVision.az xəbər verir ki, İranın keçmiş kraliçası Fərəh Pəhləvi bu mesajda, həmçinin hökumət tərəfindən artan təzyiq və təqiblərə məruz qalan etirazlarda həlak olanların ailələrinə başsağlığı verib.

“Məhsa Əmini son 44 ildə dini tiranlığı geri çəkmək və vətənlərinin tarixi geriliyini əvəzləmək, onu yenidən qurmaq üçün addım-addım gedənlərin hamısını təmsil edirdi. Keçən il və ölənlərin hər birinin adı İranımızın doğum şəhadətnaməsidir. Vətənpərvər hərbi və nizami qüvvələr öz həmvətənlərinin canını zalımlardan qorumaq üçün insani və vətənpərvərlik borcunu yerinə yetirməlidirlər. “Qadın, həyat, azadlıq” inqilabının alovunu yaşatmaq üçün birləşək”, - Pəhləvi çağırış edib.

Mart ayında İranın sonuncu kraliçası Beynəlxalq Qadınlar günü münasibətilə verdiyi mesajda iranlı qadınların mövqeyini yüksək qiymətləndirərək, onların itirilmiş azadlıqlarını və hüquqlarını əldə etmək uğrunda mübarizənin önündə getdiklərini söyləmişdi.
AzVision.az


Teqlər: İran   kraliça  





Xəbər lenti